Bakı vaxtı : 
Cəmiyyət

Mərakeş qəzetində ulu öndər Heydər Əliyevlə bağlı məqalə dərc olunub

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində ulu öndər Heydər Əliyevlə bağlı məqalə dərc olunub. “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 10 il ötür” sərlövhəli yazıda dahi şəxsiyyətin keçdiyi mənalı və zəngin həyat yolundan,  Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs olunub. Mərakeş qəzetində dərc olunan yazıda ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, milli dövlətçilik ənənələrinin bərpasında, həyatın bütün sahələrində tərəqqiyə doğru addımlamasında səylərindən bəhs edilib. Məhz bu səylərin nəticəsində Azərbaycanın regionun aparıcı dövlətinə çevrildiyi vurğulanıb. Məqalədə Ulu Öndərin Azərbaycanda enerji sahəsində də uğurlu islahatlar apardığı, nəticədə 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalandığı, yeni xarici siyasət strategiyası sayəsində ölkənin beynəlxalq miqyasda ikitərəfli və çoxtərəfli formatda əlaqələr yaratdığı diqqətə çatdırılıb. Müəllif İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın ərəb ölkələri ilə əlaqələrin inkişaf etdirilməsinin Heydər Əliyevin formalaşdırdığı xarici siyasətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Həmçinin Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində geniş əlaqələrə malik olduğu diqqətə çatdırılıb və qonşu dövlətlərlə bərabərhüquqlu tərəfdaşlığın əsasının qoyulduğu vurğulanıb. Yazıda ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu demokratik, sosial, iqtisadi islahatların aparıldığı, müxtəlif sahələrdə dinamik inkişafa nail olunduğu və ölkəmizin beynəlxalq müstəvidə etibarlı tərəfdaşa çevrildiyi oxucuların diqqətinə çatdırılıb.

 

 

 

Axtarış
Hava haqqında
Bakı (18-09-2014) :
Buludlu Gecə : +21 | Gündüz: +22
Məzənnələr
Dollar:
Alış: 0.7796 | Satış: 0.7856

RUR:
Alış: 0.0203 | Satış: 0.0211

Avro:
Alış: 1.0073 | Satış: 1.02
AzTV təqdim edir