Cəmiyyət

Naxçıvandan Bakiya təyyarə reyslərinin sayi 3-ə çatdirilib

15-01-2011 | 15:02        

  

Sərnişinlərin artan tələbatını nəzərə alaraq Naxçıvandan Bakıya təyyarə reyslərinin gün ərzində sayı 3-ə çatdırılıb. Muxtar Respublikadan paytaxt istiqamətində olan təyyarə reyslərinin uçuş cədvəlinə də dəyişikliklər edilib.

Yanvarın 15-dən Naxçıvan-Bakı istiqamətində yeni təyyarə reysi ilk uçuşunu edəcək. Muxtar respublikanın Beynəlxalq hava limanından verilən məlumata görə, bu tədbir sərnişinlərin artan tələbatını nəzərə alaraq həyata keçirilib. Bundan sonra Naxçıvandan Bakıya təyyarə reyslərinin sayı 3 olacaq. Yeniliklə bağlı uçuş cədvəlində də dəyişikliklər edilib. Yanvarın 15-dən etibarən 252 nömrəli reys saat 11.00-da, 254 nömrəli yeni reys 16.00-da, 256 nömrəli reys isə 21.00-da Bakıya uçacaq. Xidmətin səviyyəsini yaxşılaşdırmaq üçün də bir sıra tədbirlər  həyata keçirilib. Artıq sərnişinlər yalnız hava limanında deyil, eyni zamanda Naxçıvan şəhərində olan satış kassasından da gediş-gəliş biletlərini ala bilərlər. İndiyədək sərnişinlər 10 kiloqramadək yükü pulsuz aparmaq imkanına malik idilərsə, bundan sonra hər bir sərnişin baqajla 30, özü iləsə 5 kiloqram yükü pulsuz apara bilər. Tarif   Şurasının qərarına əsasən, 2011-ci il yanvarın 1-dən etibarən Naxçıvan-Bakı və əks istiqamətə təyyarə biletlərinin qiyməti  75 manatdan 50 manata endirilib.