Siyasət

Türkiyə Vəkillər Kollegiyasının nümayəndə heyəti Milli Məclisdə olub

18-11-2013 | 15:37        

  

Türkiyə ilə Azərbaycanın Vəkillər Kollegiyası arasında əməkdaşlıq möhkəmləndirilir. İki ölkənin eyni qurumu biznes əlaqələrinin genişləndirilməsi, sərmayə yatırımının həcminin artırılması və digər istiqamətlərdə əməkdaşlığa yardım üçün qanunların öyrənilib təbliği istiqamətində gərəkli addımlar atmaqla yanaşı, Qarabağ həqiqətlərinin dünyada daha geniş yayılması, problemin beynəlxalq hüquq müstəvisində həllinə dəstək üçün bir mövqedən çıxış edib lazımı iş aparacaqlar. Ölkəmizdə səfərdə olan Türkiyə Vəkillər Kollegiyasının nümayəndə heyəti Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşüb. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, parlament Türkiyə ilə Azərbaycanın Vəkillər Kollegiyası arasında əməkdaşlığın möhkəmləndirilməsinə dəstək verməyə hazırdır. O, qonaqlara ölkəmizdə hüquq sahəsində mükəmməl qanunvericilik bazasının yaradıldığını deyib. Türkiyə Vəkillər Kollegiyasının İdarə Heyətinin üzvü Kürşat Karacabey Azərbaycanın dövlət başçısı İlham Əliyevin növbəti dəfə prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyə etməsinin bütün türk xalqının sevincinə səbəb olduğunu deyərək bildirib ki, biz istəyirik ölkələrimiz arasındakı mövcud dostluq və qardaşlıq münasibətlərini irəliyə aparmaq üçün hüquqi sahədə də əməkdaşlığımızı möhkəmləndirək. Bunun üçün qarşılıqlı olaraq qanunvericilik bazasını mükəmməl öyrənib təbliğ edək, faydalı fikir mübadiləsi aparmaq üçün müxtəlif toplantılar keçirək. Qonaq Azərbaycanın hüquq sahəsində modern qanunvericilik bazasının olduğunu deyib. Türkiyə Vəkillər Kollegiyasının İdarə Heyətinin üzvü İzzet Varan və Kollegiyanın nümayəndəsi Səide Ekmen Bakıda böyük bir tədbir keçiriləcəyini və orada Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsinə, Qarabağ münaqişəsinin nizamlanması məsələsinə və Xocalı faciəsinin dünyada geniş təbliğinə dair  də birgə görüləcək işlər barədə fikir mübadiləsinin aparılacağını bildiriblər. O da bildirilib ki, gələn ilin fevralında isə Türkiyə Vəkillər Kollegiyası Xocalıya ədalətlə bağlı beynəlxalq aləmdə hüquqi müstəvidə geniş iş aparmağı nəzərdə tutub.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (23.03.2019) :
Azbuludlu Gecə : +6+8 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0249 | Satış: 0.026

Avro:
Alış: 1.8926 | Satış: 1.9489
AzTV TƏQDİM EDİR