Xarici xəbərlər

“ERMƏNİSTANIN BÜDRƏMƏDƏN İNKİŞAF ETMƏSİ ÜÇÜN BÜTÜN SİSTEM DƏYİŞDİRİLMƏLİDİR”

25-12-2010 | 20:12        

  

Sarkisyan hakimiyyəti istefaya getməlidir. Bu iddia ilə “Daşnaksütyun” partiyası çıxış edib. Partiyanın üzvü Armen Rustamyan ölkə hakimiyyətinin 2010-cu ildə apardığı daxili və xarici siyasətin müvəffəqiyyətsiz olduğunu hesab edir. O daxili siyasətin iflasından danışaraq əsas diqqəti sosial-iqtisadi proseslər və koalisiya qüvvələrinin 2008-ci ildə imzalanan sazişin 22 prioritetindən boyun qaçırması ilə bağlı vəziyyətə yönəldib. 2010-cu ilin birinci yarısında Ermənistan xarici işlər nazirinin istefasını tələb edən partiya, bu gün artıq hakimiyyətin dəyişdirilməsi və sistemli dəyişikliklər tələbi ilə çıxış edir. “Biz daha qlobal vəzifələri qarşıya qoymuşuq – hakimiyyətin dəyişdirilməsi, yəni prezident, parlament və hökumətin dəyişdirilməsi. Ölkənin düzgün yolla getməsi və büdrəmədən inkişaf etməsi üçün bütün sistem dəyişdirilməlidir”, - deyə Rustamyan bildirib.