Cəmiyyət

Avropa Komissiyasının sədri “Müasir incəsənət muzeyi”ndə olub

14-01-2011 | 16:48        

  

Avropa Komissiyasının sədri J.M.Barrozu Müasir İncəsənət Muzeyində olub. Qonaqlara məlumat verilib ki, Müasir İncəsənət muzeyinin yaradılması ideyası Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məxsusdur. Burada Azərbaycan avanqardı geniş təqdim olunur. Muzeydə A.Sadıxzadə, R.Babayev, M.Zeynalov, Ə.Murad, K.Əhmədov, Əli İbadullayev, M.Mustafayev və başqalarının işləri nümayiş olunur. Bura gələn qonaqlarda Azərbaycanın təsviri incəsənəti barədə ümumi təsəvvür yaratmaq məqsədilə zallardan birində ölkəmizin akademik incəsənəti də kiçik ekspozisiya ilə təqdim olunur. Muzeyin ziyarətçiləri Səttar Bəhlulzadə, N.Əbdürəhmanov, E.Şaxtaxtinskaya, T.Salahov kimi məşhur incəsənət xadimlərinin yaradıcılığı ilə tanış olmaq imkanı qazanırlar. Muzeydə əsasən bundan əvvəl sərgilənməyən və incəsənət xadimlərinin emalatxanalarında saxlanılan əsərlər təqdim edilir.  Muzeyi gəzən Avropa Komissiyasının sədri J.M.Barrozo Muzeyin xatirə kitabına ürək sözlərini yazdı. Qonağa xatirə hədiyyəsi təqdim olunub.