Cəmiyyət

Beynəlxalq cüdo federasiyasının rəsmiləri Heydər Əliyev fondunu ziyarət ediblər

14-01-2011 | 16:46        

  

 Ölkəmizdə səfərdə olan Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin rəhbərlik etdiyi nümayəndə heyəti də Heydər Əliyev Fondunu ziyarət edib. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin başçılıq etdiyi nümayəndə heyətinə Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilərkən qeyd olundu ki, qurum ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq yaradılıb. Qeyd olundu ki, fondun fəaliyyəti ölkənin mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək edir. Ümummilli liderin həm keçmiş Sovetlər Birliyinə, həm də müstəqillik dönəminə aid şəxsi arxivindən götürülən eksponatlar ziyarətçilərdə zəngin təəssürat yaratdı. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer fondun xatirə kitabına ürək sözlərini yazdı. Fondda Federasiyanın hədiyyəsi təqdim olundu. Daha sonra Federasiya rəsmiləri fondun fəaliyyəti ilə bağlı filmə baxdılar.