Bölgələr

Gürcüstanın Kaxeti bölgəsindəki Kvareli rayonunun Qremi kəndinə təbii qaz verilib

17-10-2013 | 13:01        

  

 

Gürcüstanın Kaxeti bölgəsindəki Kvareli rayonunun Qremi kəndinə “SOCAR Georgia Gas” şirkəti tərəfindən çəkilən yeni qaz kəmərləri istifadəyə verilib. Qaz kəmərinin açılış mərasimində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Gürcüstanın energetika naziri Kaxa Kaladze və digər rəsmi şəxslər iştirak ediblər. Açılışda “SOCAR Georgia Gas” şirkətinin Gürcüstanda yaşayan soydaşlarımızla yanaşı, gürcülərin yaşadıqları Kaxeti bölgəsindəki Kvareli rayonunda tikinti və təmir işlərinin uğurla davam etdirildiyi qeyd olunub. Bildirilib ki, ilin əvvəlində Kvareli rayonunun Qremi kəndinə 2,6 kilometrlik kəmər çəkilməsi ilə 46 abonent təbii qazla təmin olunub. Kvareli şəhərində və Kvareli rayonunun kəndlərində də 4852 ailə təbii qazla təmin olunub. Qremi və Eniseli kəndlərində isə tikinti-montaj işləri başa çatdıqdan sonra daha 840 evə qaz çəkilib. İlin sonuna kimi daha 400 ailə təbii qazla təmin olunacaq.