Cəmiyyət

ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatları Paks–Türkiyə İnstitutu yaradıb

14-01-2011 | 16:36        

  

Amerika Birləşmiş Ştatlarındakı Azərbaycan və türk diaspor təşkilatları türk dünyası barədə biliklərin genişləndirilməsi, dünya ictimaiyyətinin daha yaxşı məlumatlandırılması məqsədi ilə Paks–Türkiyə İnstitutu yaradıb. İnstitut bu yaxınlarda ABŞ-ın ən böyük universitetlərindən birində konfrans keçirməyi planlaşdırır. Layihə türk tarixinin, dilinin, mədəniyyətinin öyrənilməsinə dair tədris proqramlarına şərait yaradacaq. Qurum  Birləşmiş Ştatların türkdilli dövlətlərlə əlaqələrinin və digər maraq doğuran mövzuların tədqiqini dəstəkləmək məqsədi ilə ekspert və alimlərdən ibarət şuralar yaradacaq.