Siyasət

Avropa Komissiyasının sədri “İçərişəhər” dövlət tarix-memarlıq qoruğunda olub

14-01-2011 | 15:49        

  

Ölkəmizdə səfəri çərçivəsində Avropa Komissiyasının sədri Jose Manuel Barroso “İçərişəhər” Dövlət tarix-memarlıq qoruğunda olub.

Əvvəlcə Qız qalası ilə tanış olan Avropa Komissiyasının sədri  Jose Manuel Barrosoya məlumat verilib ki, eramızdan əvvəl 7-6-cı əsrlərdə əsası qoyulan Qız qalası, 12-ci əsrdə bərpa olunub. Hündürlüyü 28 metr, diametri 16-16.5 metr olan tikili silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən dayaq dəstəyinə oxşar iri bir hissədən ibarətdir. Qonaq İçəri Şəhərin qədim abidələrindən olan Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş eksponatların ekspozisiyasına da baxıb. Qız Qаlаsının şimаl tərəfində 1964-cü ildə aparılan arxeoloji qazıntı işləri zаmаnı mаrаqlı quruluşа mаlik sıratağlı аbidə аşkаr оlunub. Bu ərazidə 52 qəbir tapılıb. Jose Manuel Barroso Buxara Karvansarayısı ilə də tanış olub. Sonra İçərişəhərdə hazırlanan isti təndir çörəyinin dadına baxıb. Gəzinti zamanı qonağa “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan son təmir, abadlaşdırma və restavrasiya işləri barədə ətraflı məlumat verilib. Jose Manuel Barroso Məhəmməd məscidinə baxıb.

Qonaq İçəri Şəhər ərazisindəki “Kiçik Karvansara” abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi “İncəsənət bağı”nda da olub. Möhtəşəm abidənin bərpası ilə bağlı reallaşan layihənin əsas məqsədi – Azərbaycanın milli-mənəvi irsini bir yerə toplamaq, bakılılar və şəhərimizin qonaqlarına təqdim etməkdir. Qonaqlar burada “Zərgərlik”, “Xalçaçılıq”, “İpəkçilik”, “Misgərlik”, “Şəbəkə”, “Dulusçuluq” hücrələrini izləyə bilər və onların hazırlanmasında iştirak edə bilərlər. Burada Avropa Komissiyasının sədri çay süfrəsinə qonaq olub. Jose Manuel Barroso içərişəhərin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.  Gördüklərindən məmnun qalan Avropa Komissiyasının sədri İçərişəhər Dövlət tarix memarlıq qoruğu ilə tanışlıqdan xoş təəssüratlarla ayrılıb.