Xarici xəbərlər

Çində melamin qalmaqalına qarşı tədbirlər davam edir

14-01-2011 | 15:37        

  


Çində melamin qalmaqalına qarşı tədbirlər davam edir. Polis tərkibində melamin maddəsi olan süd istehsalı və satışını həyata keçirən 69 nəfəri həbs edib. Həbs edilənlərin  17-nin işi üzrə məhkəmə prosesi də keçirilib. Məhkəmə onların 2-nə ömürlük həbs cəzası kəsib. Polisin apardığı reyd nəticəsində mağazalardan 2132 ton melamin qatışığı olan süd məhsulu müsadirə olunub. Xatırladaq ki, Çində növbəti melamin qalmaqalı bu ayın əvvəlində yenidən aktuallaşıb. Qansu, Tsinxay və Tzilin əyalətlərində melamin qatışığı olan süd məhsulları aşkarlanıb. Bundan sonra ölkə ərazisində süd məhsullarının yoxlanışına başlanılıb.