Siyasət

Estoniyanın AP-dəki nümayəndəsi K.Ojuland Azərbaycanın ərazi bütövlüyü həmişə diqqət mərkəzində saxlanılmalıdır

08-04-2011 | 14:45        

  


Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Azərbaycanın ərazi bütövlüyü həmişə diqqət mərkəzində saxlanılmalıdır”. Bunu Estoniyanın keçmiş xarici işlər naziri,  Kristina Ojuland Avropa Parlamentində “Avropa Qonşuluq Siyasəti” mövzusunda keçirilən debatda bidirib. O, Dağlıq Qarabağın 20 il əvvəl ermənilər tərəfindən işğal olunmasına və 600 mindən çox azərbaycanlının öz yurdundan didərgin düşməsinə diqqət çəkərək, Avropa Parlamentini Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini olması faktına hörmət etməyə çağırıb. Xanım Ojuland deyib ki, bu fakt Avropa Parlamentinin, Avropa Şurasının və Avropa Komissiyasının hər bir təşəbbüsündə əksini tapmalıdır: “Yalnız ərazi bütövlüyü prinsipi beynəlxalq ictimaiyyət tərəfindən tanınandan sonra, Cənubi Qafqazda sülhə və sabitliyə nail olunacaq” SİTATIN SONU.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR