Siyasət

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb

07-04-2011 | 18:44        

  

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.

Oqtay Əsədov Mövlud Çavuşoğlunun Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakını yüksək qiymətləndirib. Deyib ki, bu  həm Türkiyənin, həm də Avropa Şurasının Azərbaycana olan diqqət və marağının bariz nümunəsidir. Bu səfər həmçinin əlaqələrimizin yüksək səviyyədə olmasını göstərir. Mövlud Çavuşoğlu isə bildirib ki, Avropa Şurası ölkələr arasında mədəniyyətlərə dair dialoqun inkişafında maraqlıdır. Forumun işini çox yüksək qiymətləndirdiyini deyən AŞPA-nın sədri qeyd edib ki, Azərbaycanın təşkil elədiyi bu beynəlxalq tədbir Qərblə Şərq arasında bəzi kəskin fikirlərin aradan qalxmasında, mədəni əlaqələrin inkişafında, sülhün bərqərar olunmasında çox mühüm rol oynayır.