Siyasət

Konqresmen Cim Moran ermənilərin xalqımıza qarşı törətdiklərini vandalizm adlandırıb

07-04-2011 | 13:44        

  


Demokratlar partiyasından olan konqresmen Cim Moran ABŞ azərbaycanlıları şəbəkəsinin 31 mart azərbaycanlıları soyqırımı günü ilə bağlı keçirdiyi kampaniyadan sonra Azərbaycan diasporunun üzvlərinə məktub göndərib. Məktubda Cim Moran 1918-ci ilin mart ayında ermənilərin xalqımıza qarşı törətdiyi vandalizm aktlarını faciəvi hadisələr adlandırır. Qeyd edir ki, o dövrdə münaqişə zamanı regionda insanların məruz qaldığı zorakılıq, qətliyam və köçürülmədən xəbərdardır və çox təəssüf ki, gərginlik hələ də davam edir. Konqresmenin sözlərinə görə barışıq hamının maraqlarına xidmət edir, münaqişələrin həllinə yönəlmiş səylər və Qafqazda iqtisadi və sosial inkişaf daim dəstəklənəcək. Cim Moran Konqresdə bu məsələnin qaldırılacağı təqdirdə Azərbaycan diasporunun fikirlərini nəzərə alacağını vəd edib.