Digər

Ceyranlar peykdən izlənilir

14-01-2011 | 15:21        

  


 

  Ötən ilin sonlarında Qobustan-Cəngiçay ərazisinə buraxılan ceyran sürüsü artıq iki hissəyə bölünüb. Bu haqda məlumat peyk vasitəsi ilə əldə olunub. Ekologiya və Təbii Sərvətlər nazirliyindən bildirilir ki, üzərində xüsusi siqnalötürücü xaltası olan ceyranlar gündə bir neçə dəfə izlənilir. Ərazidə  21 başdan ibarət olan ceyran dəstəsi məskunlaşıb. Ən son əldə edilən peyk məlumatlarına əsasən, hazırda ceyranların birinci qrupu Güzdək qəsəbəsinin cənub-qərb, ikinci qrupu isə Abşeron rayonunun Cəngi kəndinin şimal-qərb istiqamətində müşahidə olunur. Nazirliyin əməkdaşları tərəfindən ceyranların gündəlik süni yem və su ilə təminatı da həyata keçirilir.