Xarici xəbərlər

Liviyada neft yataqlarına hava zərbələri endirilib

07-04-2011 | 12:14        

  


Liviyada qiyamçılarla Qəddafi qoşunları arasında döyüşlər davam edir. Bu arada Amerika Birləşmiş Ştatları Liviyada hərbi əməliyyatlara xərclədiyi maliyyə vəsaitinin həcmini açıqlayıb. Koalisiya qüvvələri Liviyaya hava zərbələri endirməkdə davam edir. Böyük Britaniyanın hərbi təyyarələri Müəmmar Qəddafinin nəzarətində olan  Liviyanın ən böyük neft yataqlarından olan Sərirə zərbələr endirib. Bu barədə Qəddafinin nümayəndəsi Haled Kaim məlumat verib. Onun sözlərinə görə, zərbələr nəticəsində neft yatağının 3 gözətçisi həlak olub. bir neçə nəfər isə yaralanıb. Aralıq dənizi sahilindəki ekspert terminala gələn neft borusu da zədələnib. Qəddafi qoşunları isə Liviyanın şərqində qiyamçıların nəzarətində olan neft yataqlarına  zərbələr endirib. Hücumlar nəticəsində qiyamçılar neft istehsalını dayandırmalı olublar. Marsa əl Breqa və Sirt şəhərləri ətrafında da döyüşlər səngimir. Bu arada Amerika Birləşmiş Ştatları Liviyadakı hərbi əməliyyatlara xərclədiyi maliyyə vəsaitinin həcmini açıqlayıb. Liviya hava məkanında gündəlik uçuş Birləşmiş Ştatlara 4 milyon dollara başa gəlib. Ümumilikdə isə hərbi əməliyyatlar başlayandan 75 milyon dollar xərclənib. Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama  isə Liviya rəhbəri Müəmmar Qəddafinin ona ünvanladığı məktubu alıb. Bu barədə Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton məlumat verib. Lakin dövlət katibi məktubun məzmunu haqda heç bir açıqlama verməyib. Güman olunur ki, məktubda Qəddafi Koalisiya qüvvələrini hərbi əməliyyatlara son qaymağa çağırır.