İqtisadiyyat

AB-nin Enerji Komissarlığı ilə Sənaye və Energetika Nazirliyi arasında niyyət protokolu imzalanıb

14-01-2011 | 15:06        

  

 

“Cənub Dəhlizi”nin inkişaf etdirilməsi üçün Avropa Birliyinin Enerji Komissarlığı ilə Sənaye və Energetika Nazirliyi arasında  niyyət protokolu imzalanıb. Protokola  Sənaye və Energetika naziri Natiq Əliyev, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger imza atıblar. Niyyət protokoluna görə hər iki tərəfin  mütəxəssislərindən ibarət birgə işçi qrupun  yaradılması nəzərdə tutulur. İşçi qrup dəhlizin inkişafında marağı olan tərəflər və şirkətlərlə  müzakirələr aparacaq. Razılaşmaya əsasən hər 2 aydan bir işçi qrupunun hesabatı Azərbaycan Prezidentinə və Avropa  Komissiyasının prezidentinə təqdim ediləcək.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR