İqtisadiyyat

13 SAHİBKARLIQ SUBYEKTİNƏ 744 MİN MANAT GÜZƏŞTLİ KREDİTLƏR VERİLİB

25-12-2010 | 20:10        

  

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Sumqayıtda keçirib. Tədbirdə Abşeron iqtisadi rayonlarda fəaliyyət göstərən 200-dək sahibkar iştirak edib. 
Tədbir iştirakçıları əvvəlcə əsas hissəsi SKMF-nunondunun güzəştli kredit almış Sumqayıt şəhərindəki illik istehsal gücü 7,9 milyon ədəd əmtəəlik yumurta olan quşçuluq müəssisənin fəaliyyətinə və tutumu 4 min ton olan müasir soyuducu anbar kompleksində aparılan tikinti işlərinə baxış keçiriblər. “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” adlı tədbirdən sonra Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 13 sahibkarlıq subyektinə 744 min manat güzəştli kreditlər verilib. Kreditlər hesabına həmin rayonlarda 40-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. 
Tədbirdə çərçivəsində sahibkarlar üçün /Güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması/ mövzusunda treninq keçirilib.