Cəmiyyət

Evronyus telekanalının rəsmiləri Heydər Əliyev fondunda olublar

14-01-2011 | 15:02        

  

Azərbaycana səfəri çərçivəsində Evronyus telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malezani və telekanalın icraçı direktoru Filip Kaylan Heydər Əliyev Fondunda olublar.

 Evronyus telekanalının rəsmilərinə Heydər Əliyev Fondunun məqsədi, fəaliyyəti barədə məlumat verilib. Müşahidə Şurasının sədri Pyer Luici Malezani və icraçı direktor Filip Kaylan Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olublar. Bildirilib ki, Ümummilli liderin müxtəlif dövrlərdə Respublikamıza rəhbərlik etdiyi illəri əks etdirən fotolar və eksponatlar şərəfli ömrün salnaməsidir. Qonaqlar Azərbaycanın unudulmaz rəhbərinin, dünya şöhrətli şəxsiyyətin həyatını əks etdirən sənədlər və faktlarla tanışlıqdan məmnun qalıblar.  Pyer Luici Maleza və Filip Kaylan Heydər Əliyev Fondunun xatirə kitabına ürək sözlərini yazıblar. Onlara Azərbaycan haqqında jurnal hədiyyə edilib. Sonra qonaqlar Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən filmə baxıblar.