Siyasət

Jose Manuel Barroso KİV nümayəndələri ilə görüşüb

14-01-2011 | 14:28        

  

Ölkəmizdə rəsmi səfərdə olan Avropa Komissiyasının sədri Jose Manuel Barroso Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri ilə görüşüb, onların suallarını cavablandırıb. Avropa Komissiyasının sədri Jose Manuel Barroso Kütləvi İnformasiya Vasitələrinin nümayəndələrini salamlayıb. Səfərinin ikinci günündə jurnalistlərlə təəssüratlarını bölüşüb. “Mənim Azərbaycana ilk səfərimdir. Gördüklərimdən çox məmnunam. Əslində ölkənin tarixi və tarix boyu nailiyyətləri mühüm olub. Azərbaycanda dinamik inkişaf görürəm”.

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin ildən ilə yaxşılaşdığını deyən Avropa Komissiyasının  sədri Barroso  “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanla qurum arasında əməkdaşlığı müsbət qiymətləndirdi. Bu proqram təkcə energetika sahəsində deyil, həmçinin ticarət sahəsində də əməkdaşlığı nəzərdə tutur. Eyni zamanda bu proqram Şərq Tərəfdaşlığı ölkələri ilə viza rejimini sadələşdirməyə imkan verəcək. Şərq Tərəfdaşlığı proqramı çərçivəsində 2011-ci ildə Azərbaycana 122,5 milyon avro vəsait ayrılıb”. “2011-ci ildə Nabukko layihəsi üzrə hansı konkret razılaşmaların əldə olunacağını etimal edirsiniz? sualını cavablandıran Xose Manuel Barrozo bildirib ki, sözügedən layihə ilə bağlı kommersiya qərarının qəbul edilməsinin zəruriliyini vurğuladı. Nabucco Cənub dəhlizi çərçivəsində əsas layihədir və bu kəmərlə Avropaya daha böyük həcmdə mavi yanacaq nəql etmək mümkün olacaq.

 

Joze Manuel Barroso “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ” münaqişəsinin həllinə dair fikirlərini açıqlayıb.

 “Münaqişə sülh yolu ilə və dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır. Biz ATƏT-in Minsk Qrupunun sülh prosesi səylərini dəstəkləyirik. Əgər münaqişə həllini tapsa, Avropa İttifaqı münaqişə zonasında bərpa işlərinə dəstək verməyə hazırdır”.

Avropa Komissiyasının sədri yeni “Modernləşmə Naminə Əməkdaşlıq” çərçivəsində Azərbaycan və qurum arasında əlaqələrin inkişaf perspektivlərindən danışıb. Hazırda əlaqələrin inkişafı üçün dəqiqləşmələrin aparıldığını diqqətə çatdırıb.