Cəmiyyət

“Bakı Avropa Oyunları 2015”-in rəsmi internet səhifəi açılıb

13-07-2013 | 15:44        

  

2015-ci ildə ilk Avropa Olimpiya Oyunları Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Artıq “Bakı Avropa Oyunları 2015”  təşkilat komitəsi bu mötəbər idman yarışının rəsmi  xəbərlər mənbəyi olacaq  rəsmi internet səhifəsini hazırlayıb. Təşkilat komitəsi həmçinin İlk Avropa Oyunlarının başlanmasına  qalan “700 gün”-ə start verir.Bu iki mühüm hadisə bu gün saat 22-dən saat 24-ə qədər Alov Qüllələrinin divarlarında və Bakının mərkəzində qurulmuş böyük ekranlarında rəqəmsal panormada nümyiş etdiriləcək. Avropa Oyunları ötən il  Romada  Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının toplantısında təsis edilib və həmin vaxt Avropanın milli olimpiya komitələrinin əksər səs çoxluğu ilə  Avropa Oyunları yaradılıb.Baş Assambleyada Milli Olimpiya Komitələri əksər səs çoxluğu ilə bu Oyunların keçirilməsini Azərbaycanın paytaxtı Bakı şəhərinə həvalə edib.Avropa tarixində  ilk dəfə olaraq keçiriləcək bu Oyunların təşkil edilməsinin Azərbaycan həvalə edilməsi faxtı beynəlxalq və Avropa Olimpiya hərəkatına ölkəmizin sadiqliyinə, idman, fiziki tərbiyə və mədəniyyət sahəsində aparıdığı fəaliyyətə və əldə edlimiş nailiyyətlərə verilən yüksək qiymətdir. İlk  Avropa Oyunlarını lazımı səviyyədə keçirmək məqsədilə Preizdent İlham Əliyev  Heydər Əliyev Fondunun Prezidenti,Azərbaycan Milli Olimiya Komitəsinin İcra Komitəsinin üzvü Mehriban Əliyevanın  sədrliyi ilə  təşkilat komitəsinin yaradılamsı haqqında fərman imzaladı.Bu gün isə təşkilat komitəsi  bu tədbirin rəsmi xəbərlər mənbəyi olacaq www.baku2015.com internet səhifəsini hazırlayıb.Bu gün təqdim edilən internet səhifəsi 12 iyul 2015-ci il tarixində Bakı Avropa Oyunlarının ilk gününə qalan “700 gün” hesabına start verilməsi olduqca xüsusi tarixə həsr olunur. İnternet səhifəsi Bakı Avropa Oyunlarına aid  hazırlıq işlərinin gedişi ilə əlaqədar dövri olaraq yeniləşəcək və Oyunlara qonaq,könüllü,idman azarkeşi  və media nümayəndələri kimi qatılan insanlar üçün interaktiv bölmələri təqdim edəcək.İlk Avropa Oyunların tarixində bu iki mühüm hadisəni qyed etmək üçün bu gün saat 22-dən saat 24-ə qədər vətəndaşlar  və Bakının qonaqları Alov Qüllələrin divarlarında və Bakının mərkəzində qurulmuş böyük ekranlarında  “700 GÜN” hesabını rəqəmsal panormada seyr etmək imkanı qazanacaqlar.