Cəmiyyət

Əlyazmalar İnstitutu dünya kitabxanalarında Azərbaycan ədəbiyyatına dair yeni əlyazmalar aşkar edib

10-07-2013 | 13:20        

  

AMEA-nın Əlyazmalar İnstitutu dünya kitabxanalarında Azərbaycan ədəbiyyatına dair yeni əlyazmalar aşkar edib. Hazırda bu ədəbiyyatların tədqiqatı aparılır.  Əlyazmalar İnstitutu 18-ci əsrdə yaşamış böyük Azərbaycan şairi Saib Təbrizinin Qahirənin Darül-kutub kitabxanasında saxlanan külliyyatından onun Azərbaycan dilindəki şeirlərini  əldə edib. Gözəl nəstəliq xətti ilə köçürülmüş bu divanın əvvəlində Saibin Təbrizdə doğulub bu şəhərdə boya-başa çatdığı, sonra İsfahana köçdüyü, 1677-ci ildə burada vəfat edərək Səadətabad məhəlləsində dəfn olunduğu və qəbri üzərində həkk olunmuş Saib şeirlərindən beytlər qeyd edilir. Burada həmçinin Saibin vəfatı münasibəti ilə maddeyi-tarix yazmış Mir Vüqari və osmanlı şairi Nəhif əfəndinin şeirləri də köçürülüb. Bu qeydlər Saibin təbrizli deyil, isfahanlı olduğunu iddia edənlərə tutarlı cavab olub.  Əlyazmalar İnstitutu Səfəvilər dövründə yaşamış Azərbaycan şairi, Şah Səfi  və II Şah Abbasın dövründə yüksək dövlət vəzifələrində işləmiş Mürtəzaqulu xan Şamlu Zəfərin Kembric Universiteti kitabxanasında saxlanan şeirlər toplusu və divanının surətini də əldə edib. Üzərindəki qeyddən divanın 1669-cu ildə tamamlandığı məlum olur. Bu əlyazmada həmin dövrlər də saray dilinin azərbaycan türkcəsi olduğunu təsdiqləyib.

 

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR