Rəsmi xronika

Prezident İlham Əliyevin və Avropa Komissiyasının sədri Jose Manuel Barrosunun təkbətək görüşü

14-01-2011 | 12:47        

  


Prezident İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Avropa Komissiyasının sədri Jose Manuel Barrosonu hörmətlə qarşılayıb.
Prezident İlham Əliyev və Jose Manuel Barroso rəsmi foto çəkdiriblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Jose Manuel Barrosonun təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, enerji sahəsində əməkdaşlığın yaxşı potensialının olduğu vurğulandı. Əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.