Cəmiyyət

“Euronews” telekanalının nümayəndə heyəti Səngəçal terminalında olub

13-01-2011 | 19:02        

  

Ölkəmizdə səfərdə olan Euronyus telekanalının Müşahidə Şurasının sədri Pyer Cuici  və İcraçı direktor Fillip Kayla bu gün Səngəçal neft Terminalı ilə də tanış olublar. Qonaqların terminala gəlişi Xəzər Enerji Mərkəzi ilə tanışlıqla başladı. Səngəçal Terminalının nümayəndəsi  qonaqlara mərkəz barədə ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin neft strategiyası çərçivəsində Azərbaycanda irimiqyaslı enerji layihələri həyata keçirilir. Bu layihələrin təməlini qoyan ulu öndər Heydər Əliyev Azərbaycana milyard dollarlarla xarici sərmayələrin cəlb edilməsi üçün çox böyük işlər görüb. İlkin olaraq Xəzərin neft və qaz yataqlarının işlənilməsi və neft kəmərlərinin tikintisinə yönəldilmiş vəsaitlər qeyri-neft sektorunun inkişafına, iri infrastruktur layihələrinin həyata keçirilməsinə, yeni iş yerlərinin açılmasına şərait yaradıb.Bu gün Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsində və artıq özünün xarici sərmayələr yatırmaq iqtidarında olmasında bu cür layihələrin  böyük rolu vardır. 

Sonra qonaqlar avtobusla terminalın ərazisini gəzdilər. Euronyus telekanalının rəhbərlərinə məlumat verildi ki, tikintisinə 2001-cu ildə başlanmış terminalda xam neft üçün ümumi həcmi 880 min barrel olan 3 çən, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi var. Bura fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft və qaz kəmərləri çəkilib. Terminalla tanış olan qonaqlar sonda məmnunluqlarını ifadə etdilər.

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (21.07.2018) :
Aydın Gecə : +24+26 | Gündüz: +30+32
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR