Rəsmi xronika

Prezident İlham Əliyev Euronews telekanalının Müşahidə Şurasının sədri P.L.Malezanini və telekanalın baş icraçı direktoru F.Kaylanı qəbul edib

13-01-2011 | 17:19        

  

 

Prezident İlham Əliyev yanvarın 13-də Euronews telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malezanini və telekanalın baş icraçı direktoru Filip Kaylanı qəbul edib.
Görüşdə Euronews telekanalı ilə Azərbaycanın müvafiq qurumları arasında əlaqələrin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb, informasiya sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətinə toxunularaq, müasir dövrdə informasiya mübadiləsinin önəmi vurğulanıb.