Cəmiyyət

“Azərbaycan tarixi” yenidən yazilacaq

13-01-2011 | 17:01        

  

Milli Elmlər Akademiyasının Tarix İnstitu vaxtilə ermənilərin diqtəsi ilə Sovet İmperiyası tərəfindən saxtalaşdırlan tarximizin   araşdırması istiqamətində işlərini davam etdirir. Toplanan materiallar əsasında “Azərbaycan tarixi” yenidən yazılacaq. Milli Elmlər Akademiyasının Tarix İnstitutu  Azərbyacanın tarixi ilə bağlı apardığı araşdırmalar nəticəsində real faktları üzə çıxarıb. Bunun üçün Moskva və Sank Peterburqun Dövlət arxivlərindəki 1917 və 1920-ci illərə aid bütün sənədlər ən xırda incəliklərinə kimi analiz olunub.Bundan başqa  Orconikidze, Şaumyan və Kirovun şəxsi arxivləri əldə edilərək Azərbaycana  gətirilib. Onların əsasında  İrəvan və Yelizavetapol quberniyalarında azərbaycanlılara qarşı edilən soyqırım haqqında   kitab hazırlanır. Tarix institunun direktoru Yaqub Mahmudov: “Üç –dörd il ərzində Tarix institunda ciddi axtarışlar aparıldı. Rusiya, Xarici ölkələrdə çap olunmuş arxiv sənədlərini ortalığa qoyduq. Və bu arxiv sənədlərin hamısı çox aydın şəkildə sübut etdi ki, biz yox ermənilər bura hətta Asiya qitəsindən köçüb gəlmədilər və onları bura 1828-ci ildə Türkmənçay müqaviləsinin şərtlərinə əsasən Rusiya imperiyasının hərbi qüvvələri iran və Türkiyədən köçürüblər”.  

Toplanmış materiallar əsasında Azərbaycan tarixinin yenidən yazılması da nəzərdə tutulub.  Yeni tarix ən qədim zamanlardan indiyə qədər olan dövrü əhatə edəcək və üç cilddən ibarət olacaq. Mütəxəssilər onu Azərbaycan, rus və ingilis dillərində hazırlayacaqlar. Bu  məqsədilə dünyanın bütün yerlərindən sənədlər toplanılır. Azərbaycanın yeni tarixi  5 il müddətində işıq üzü görəcək.

 Tarix institutu görkəmli dövlət xadimi Nəriman Nərimanovla da  bağlı qiymətli arxiv sənədləri aşkar edib. Bu materiallar da kitab şəklində çap oluncaq. 

 


AXTARIŞ
HAVA HAQQINDA
Bakı (11.12.2018) :
Buludlu Gecə : +7+9 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR