Cəmiyyət

Ümümdünya mədəniyyətlərarası Bakı forumunun hazırlıqlarına başlanılıb

13-01-2011 | 16:53        

  

 Ümümdünya Mədəniyyətlərarası foruma  hazırlıqlar gedir. Bu ilin aprel ayına planlaşdırılan tədbirdə  iştirak edəcək ölkələrin siyahısı  müəyyənləşdirilib. Forumun başlamasına iki aya yaxın vaxt qalmasına baxmayaraq, beynəlxalq tədbirin hazırlıqlarına artıq başlanılıb. İlk olaraq işçi qrupunun  yaradılmasına başlanılıb. Tədbirdə iştirak edəcək ölkələrin adları dəqiqləşdirilib. Forumda müzakirə olunacaq məsələlər də dəqiqləşib. Belə ki, paytaxtımızda  keçiriləcək 7 sessiyada  qadınlar, iqtisadiyyatda mədəniyyətlərarası dialoqun  rolu, Media-və internet kimi mühüm sahələri əhatə edən mövzular müzakirə olunacaq.

Tədbir çərçivəsində mədəni proqramlar da baş tutacaq. Avstriya foruma  “islam, xristian və yəhudi mədəniyyəti yazılarda “ adlı sərgi ilə qatılacaq. Bu tədbirdə tanınmış şəxslərin iştirakı gözlənilir. Forumun işinə töhfə olaraq  Avropa Şurasının təşəbbüsü ilə mədəniyyətlərarası dialoq şəhərləri seçiləcək. Azərbaycan da  öz belə şəhərini  seçəcək.  Forum çərçivəsində Bakıda  15-ə yaxın şəhər merinin görüşü də nəzərdə tutulub.