İqtisadiyyat

YENİ QAZ XƏTLƏRİ İSTİFADƏYƏ VERİLİR

25-12-2010 | 20:07        

  

Ölkənin qaz təchizatı yaxşılaşdırılır. Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi respublika ərazisində əhalinin “mavi yanacaq”la itkisiz təminatı məqsədi ilə aparılan işləri davam etdirir. 
Son vaxtlar əhalinin mavi yanacaqla təminatı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir ki, bunun da nəticəsində texnoloji proseslər təkmilləşdirilərək, ölkənin qaz təminatı xeyli yaxşılaşdırılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər regionlarda xüsusilə sürətləndirilib. Regionlar üzrə ümumilikdə 3368,48 kilometrlik tikinti-quraşdırma işləri həyata keçirilib, 278,1 kilometrlik əsaslı təmir işləri yerinə yetirilib. Həmçinin əsaslı təmir proqramına əsasən Bakı şəhərində və ətraf rayonlarda da bu işlər uğurla davam etdirilir. Belə ki, 2010-cu ildə ümumilikdə 551 kilometr uzunluğunda qaz kəməri istifadəyə verilib. Bu istiqamətdə Xəzər rayonu üzrə 126,3 kilometr, Sabunçu rayonunda 107,7, Binəqədi üzrə 118, Suraxanı rayonunda 86,8, Xətai rayonu üzrə 27,5, Qaradağ rayonu üzrə 45,6, Nizami rayonu üzrə 4,8, Nəsimi rayonunda 7,2 , Səbail rayonu üzrə 12,1, Nərimanov rayonunda 4,3 və Yasamal rayonu üzrə 10,7 kilometr uzunluğunda qaz kəməri təmir edilib və yenidən qurulub. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 3961,94 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilib, ümumilikdə 963,8 kilometr uzunluğunda qaz xətləri əsaslı təmir olunaraq istehlakçıların istifadəsinə verilib.
Cədvəl: Regionlar üzrə
Tikinti quraşdırma işləri: 3368,48 km 
Əsaslı təmir işləri: 278,1 km 
Paytaxt üzrə: 
İstifadəyə verilən qaz xətləri: 551 km

Xəzər rayonu: 126,3 km
Sabunçu rayonu: 107,7 km 
Binəqədi rayonu: 118 km 
Suraxanı rayonu: 86,8 km
Xətai rayonu: 27,5 km
Qaradağ rayonu: 45,6 km 
Nizami rayonu: 4,8 km
Nəsimi rayonu: 7,2 km 
Səbail rayonu: 12,1 km
Nərimanov rayonu: 4,3 km
Yasamal rayonu: 10,7 km

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.12.2018) :
Yağış Gecə : +3+5 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR