Siyasət

YAP Səbail rayon təşkilatının yeni binası istifadəyə verilmişdir

24-12-2010 | 22:16        

  
Dekabrın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yeni binası istifadəyə verilmişdir. 

Binanın Prezident İlham Əliyevin anadan olması günündə açılmasının rəmzi məna daşıdığını vurğulayan YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanda son yeddi ildə ulu öndər Heydər Əliyev siyasətinin həyata keçirilməsi istiqamətində böyük nailiyyətlər əldə edilmişdir. 
YAP-ın ən böyük strukturlarından biri olan Səbail rayon təşkilatının yeni binasının ərsəyə gəlməsinin partiyanın gücünün artmasını sübut etdiyini qeyd edən Ə.Əhmədov bildirmişdir ki, bu, Səbail ictimaiyyətinin ümummilli lider Heydər Əliyev ideyalarına, YAP-a və partiyanın sədri Prezident İlham Əliyevə inam və ehtiramının ifadəsidir. 
Mərasimdə, həmçinin YAP İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov və Səbail Rayon İcra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov çıxış etmiş, yeni bina və burada yaradılmış şəraitdən danışmışlar. 
Sonra tədbirdə iştirak edən YAP İdarə Heyəti və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiya fəalları və Səbail rayon ictimaiyyətinin nümayəndələri bina ilə tanış olmuşlar. 
Müasir memarlıq üslubunda inşa edilmiş, ümumi sahəsi 1400 kvadratmetr olan üçmərtəbəli binada 21 iş otağı, 120 nəfərlik konfrans zalı vardır. Üçüncü mərtəbədə YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ümummilli liderin həyat və fəaliyyətini əks etdirən guşə də yaradılmışdır. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (10.12.2016) :
Azbuludlu Gecə : 0+2 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.743 | Satış: 1.8127

Rubl:
Alış: 0.0264 | Satış: 0.0286

Avro:
Alış: 1.8025 | Satış: 1.9226
AzTV TƏQDİM EDİR