Cavanşir
Muradxan oğlu Cahangirov 1955-ci il oktyabrın 30-da Bakıda
anadan olub.
1962-1972-ci
illərdə Bakıdakı 172 saylı orta məktəbdə təhsil alıb, 1982-ci
ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini
bitirib.
1983-cü
ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində
kiçik redaktor kimi fəaliyyətə başlayıb. 1986-1992-ci illərdə
«Gənclik» redaksiyasında baş redaktor, 1992-1995-ci illərdə
«Yurd» mübadilə proqramları redaksiyasında baş redaktor,
1995-2007-ci illərdə «Beynəlxalq proqramlar» redaksiyasında
baş redaktor, 2007-cı ildən «Gənclik, uşaq və hərbivətənpərvəlik»
redaksiyasının baş redaktoru işləyib.
Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 16 iyul tarixli sərəncamı
ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr
müavini təyin olunub.
Fransız
və rus dillərini bilir.
Ailəlidir,
iki övladı var.