Faiq
Nuruş oğlu Hüsiyev 1970-ci il noyabrın 7-də Sumqayıt şəhərində
anadan olub.
1978-1988-ci
illərdə Sumqayıtdakı 24 və 30 saylı məktəblərdə təhsil alıb,
1997-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsini bitirib.
1993-cü ildən Azərbaycan Dövlət Televiziyasının «Gənclik»
redaksiyasında ştatdankənar müxbir kimi fəaliyyətə başlayıb.
1996-cı ildə «Yurd» mübadilə proqramları redaksiyasında
redaktor, 1997-2005-ci illərdə «Beynəlxalq proqramlar» redaksiyasında
böyük redaktor işləyib.
2006-cı
il sentyabrın 1-dən Azərbaycan Televiziya və Radio Verilişləri
Qapalı Səhmdar Cəmiyyətinin Müəllif Proqramları Departamentinin
direktoru, 2007-ci il aprelin 3-dən «Xəbərlər» İnformasiya
Proqramları Studiyasının direktoru təyin olunub.
Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 16 iyul tarixli sərəncamı
ilə sədrin televiziya üzrə müavini təyin olunub.
Əməkdar
jurnalistdir, alman və rus dillərində sərbəst danışır, ingilis
dilini qismən bilir.
Ailəlidir,
iki övladı var.