«Azərbaycan
Teleradio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin sədr
müavini
Vaqif
İsa oğlu Ağayev 7 may 1954-cü ildə Abşeron rayonunda anadan
olub. 1981-ci ildə Leninqrad Dövlət Musiqi, Teatr və Kinematoqrafiya
İnstitutunu televiziya rejissoru ixtisası üzrə bitirib.
1972-ci ildən Azərbaycan Dövlət Teleradio Komitəsində
çalışır. Yaradıcılıq fəaliyyətinə TV-nin «Gənclər üçün
proqram» baş redaksiyasında başlayıb. «Xəbərlər» baş redaksiyasının
«7 gün» verilişində məsul rejissor, Xarici əlaqələr və
kommersiya mərkəzində Əlaqələndirmə və buraxılış şöbəsi
rejissor qrupunun ali dərəcəli rejissoru işləyib. Bir
çox sənədli filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir.
1 sentyabr 1994-cü ildə Dövlət Televiziya və Radio Verilişləri
Şirkətinin bədii rəhbəri, 16 avqust 2006-cı ildə dövlət
başçısının sərəncamı ilə «Azərbaycan Teleradio Verilişləri»
QSC-nin sədr müavini vəzifələrinə təyin olunub.
Əməkdar
incəsənət xadimidir. Türk və rus dillərini bilir.
Ailəlidir..