Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili Azərbaycanda səfərdədir. Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsinə ehtiramını bildirib.