MOLLA NƏSRƏDDİN
MAARİFÇİ

MOLLA NƏSRƏDDİN

Əsasən hazırcavablıq və yumor anlayışlarının ağıllı bir şəxs olaraq əks etdirildiyi hekayələrlə tanınan Molla Nəsrəddinin (Anadoluda məhəbbətlə onu Nəsrəddin Xoca, Orta Asiyada – Türküstanda Xoca Nəsrəddin adlandırırlar) həqiqətən yaşayıb-yaşamadığına, yaşasa da həqiqi şəxsiyyətinin kim olduğuna dair müzakirələrin olması ilə yanaşı həqiqi bir tarixi şəxsiyyət olduğunu sübuta yetirən bəzi mənbələr mövcuddur.
O, elə əfsanəviləşib ki, özbək onun Özbəkistanda, qazax Qazaxıstanda, tatar Tatarıstanda, türkmən Türkmənistanda, azərbaycanlı isə Azərbaycanda anadan olduğunu güman edir. Əslində Molla Nəsrəddin həm azərbaycanlı, həm özbəkistanlı, həm anadolulu, həm də tatarıstanlıdır. Yəni harada türk yaşayırsa o da oralıdır. Onun dodaqqaçıran bütün lətifələrində dərin bir məntiq var.
Tamaşaçılara yaxşı tanış olan Molla Nəsrəddin adı harada səslənsə həmin yerdə gülüş, təbəssüm ön plana çıxır. Ədəbi-dram və folklor verilişləri Baş Redaksiyasının hazırladığı "MOLLA NƏSRƏDDİN" verilişinin də əsas məqsədi tamaşaçılarda xoş əhval yaratmaq, ictimai-siyasi və mədəni həyatımızda baş verənləri yumor dili ilə onlara çatdırmaqdan ibarətdir. İnsanları maarifləndirmək missiyasını üzərinə götürən verilişdə həm də maraqlı süjetlər təqdim olunur.

18:30 / Bazar

CANLI YAYIM