JURNALİST ARAŞDIRMASI
MAARİFÇİ

JURNALİST ARAŞDIRMASI

Məsuliyyət daşımaq, məsuliyyətli olmaq hər bir insanın borcudur. Jurnalist peşəsinə yiyələnən, sözə könül verən hər bir kəs də məsuliyyət məsələsinə xüsusi yanaşmalıdır. Çünki o, yiyələndiyi peşənin və sözün bilavəstə məsuliyyətini daşıyır.
Jurnalistikanın mühüm məqsədlərindən biri də obyektivlikdir. Bu, peşəkarlığın meyarıdır.
Məsuliyyətini qoruyan, uğurları ilə məqsədinə çatan jurnalist Yunus Orucun Müəllif proqramları və xüsusi layihələr Baş Redaksiyasının xətti ilə hazırladığı "JURNALİST ARAŞDIRMASI" verilişi də elə dediklərimizdən – məsuliyyət, məqsəd və obyektivliyin vəhdətindən yaranıb. Verilişin adından da göründüyü kimi burada daha çox araşdırmalara üstünlük verilir. Bu verilişdə faktlar əsasında aparılan araşdırmalar müasir tamaşaçının rəğbətini qazanan mavi ekran əsərlərindəndir.

21:00 / Bazar ertəsi, Cümə

CANLI YAYIM