UĞUR DÜSTURU
MAARİFÇİ

UĞUR DÜSTURU

Uşaq, gənclik və maarifçilik Baş Redaksiyasının hazırladığı "UĞUR DÜSTURU" verilişində orta məktəb şagirdlərinin təhsildə əldə etdiyi uğurlardan və onların maraq dairəsindən bəhs olunur. Şagirdlərin gələcəkdə hansı sahə üzrə ixtisaslaşacaqları barədə söhbətlər aparılır.
Təhsil öyrənmək, yaxud, başqa sözlə bilik, bacarıq, dəyər, inanc və vərdişlərin qazanılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir. Təhsil əksərən təhsilverənin bələdçiliyi ilə həyata keçirilir, ancaq öyrənənlər özləri özlərinə də təhsil verə bilərlər. Təhsil rəsmi və qeyri-rəsmi üslubda həyata keçirilə bilər və kiminsə düşünməsi, hiss etməsi, yaxud fəaliyyət göstərməsi üsuluna formalaşdırıcı təsiri olan hər hansı təcrübə də təhsilə aid hesab edilə bilər.
Verilişdə yuxarıda bəhs olunanlar haqqında ətraflı məlumat toplamaq mümkündür.

10:20 / Şənbə

CANLI YAYIM