GÜN BAŞLADI
ƏYLƏNCƏ

GÜN BAŞLADI

Səhər musiqi informasiya proqramları Baş Redaksiyasının hazırladığı daha bir veriliş isə "GÜN BAŞLADI" adlanır. Aparıcı Xədicə Sənanqızının təqdimatında efirə gedən bu verilişin xeyli sayda tamaşaçı auditoriyası var.
İnsanların günə xoş əhval-ruhiyyə ilə başlaması üçün verilişdə musiqili-əyləncəli dəqiqələrə daha çox yer ayrılır. Verilişə dəvət alan qonaqlar maraqlı söhbətlər edir, müxtəlif sahələrdə insanların maariflənməsinə çalışırlar.
Hər işin başlanğıcı çox vacibdir – bizə mənəvi və fiziki güc, motivasiya verən məhz elə başlama mərhələsidir. Günə müsbət fikirlər və fəaliyyətimizin planlaşdırılması ilə başlamaq bizim gün ərzindəki işlərimizə birbaşa təsir etməkdədir. Bu baxımdan günə "GÜN BAŞLADI" proqramı ilə başlamaq insana sanki mənəvi və fiziki güc, motivasiya verir. Verilişin insan əhval-ruhiyəsinə müsbət təsiri danılmazdır.
Elə buna görə də veriliş tamaşaçılar tərəfindən sevilə-sevilə izlənilir.

10:20 / Həftəiçi

CANLI YAYIM