XXI ƏSR
PUBLİSİSTİK

XXI ƏSR

“Salam, hörmətli xanımlar və cənablar, müəllimlər, bəylər, yoldaşlar, əziz tamaşaçılar! XX əsrin sonuna bir neçə gün qalır. Yerin günəş ətrafında, yaxud da əksinə bir neçə dövrəsindən sonra yeni era ilə qarşılaşacağıq...”
Azərbaycan Televiziyasının aparıcısı, diktor, ssenarist, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti Rafiq Həşimov 1999-cu ilin sonlarında efirə gedən XX əsr müəllif proqrqmının sonuncu buraxılışını bu sözlərlə başlamışdı. Sanki proqramda müəllif bir əsrdə baş verənləri fəlsəfi fikirlərlə, bədii düşüncələrlə tamaşaçılara çatdırırdı. Və sonda proqramı “Biz sizinlə XX əsrin sonuna yaxın uşaqlar, böyüklər, kitablar və ümid haqqda mülahizələrimizi bölüşdük. Ümidsə axırda ölür. Salamat qalın!” sözləri ilə tamamlayır. Hətta o vaxt Rafiq müəllim bu proqramı açanda mərhum diktor Rafiq Hüseynov adaşına yarızarafatla demişdi: “XX əsr qurtarır, ay Rafiq sən də durub XX əsrin sonunda XX əsr proqramı açmısan...”
XX əsr müəllif proqramı ötən əsr 16 dəfə sevə-sevə, sevilə-sevilə tamaşaçıların görüşünə gəldi. Müəllifin Dövlət Teleradio Şirkətinin keçmiş sədri Babək Hüseyinoglu, xalq artisti, bəstəkar, professor Fərəc Qarayev, xalq artisti, kinorejissor Eldar Quliyev, texniki elmlər doktoru, akademik Azad Mirzəcanzadə, xalq yazıçısı Anar haqqında hazırladığı verilişlər, eyni zamanda, İtaliyanın Neapol şəhərindən, onun mədəni- tarixi abidələrindən, burada yaşayan azərbaycanlıların həyatından, o cümlədən, “Səyyahın gündəliyi”, “Esselər” və s. Hazırladığı buraxılışları tamaşaçı rəğnbətini qazanmışdır.
XX əsrrin davamı olan XXI əsr müəllif proqramının aparıcısı Rafiq Həşimov yenə də verilişi Azərbaycanın tanınmış, görkəmli sənət adamları, ziyalıları, ictimai xadimləri ilə səmimi söhbət üzərində qurur, ölkə hüdudlarından kənarda da maraqlı verilişlər hazırlayır.

21:30 / Ayda iki dəfə

CANLI YAYIM