aztv-banner
MAARİFÇİ

TEXNO-XƏBƏR

Texnoloji yeniliklərlə həyatın bütün sahələrində qarşılaşmaq mümkündür. Yaşadığımız əsrin günbəgün yeniləşən texniki avadanlıqları, onların istifadə qaydaları, eləcə də yeni kəşflər haqqında "TEXNO-XƏBƏR" verilişində ətraflı məlumat toplamaq mümkündür. Müəllif proqramları və xüsusi layihələr Baş Redaksiyasının hazırladığı bu veriliş aparıcı Həmid Əsədzadənin təqdimatında efirə gedir. Hər birimizin həyatında müstəsna yer tutan və gündəlik həyatımızın ayrılmaz parçasına çevrilən texnologiya, daha dəqiq desək, texnoloji avadanlıqlar, hər zaman elm adamlarının diqqət mərkəzində olub və buna görə də daim müxtəlif elmi sahələrin nümayəndələri tərəfindən tədqiq edilib. Lakin, hər bir mövzuya fərqli, qeyri-ənənəvi prizmadan baxmağı sevən sosioloqlar texnologiya mövzusuna da fərqli bucaqdan yanaşaraq olduqca maraqlı nüansları kəşf etmişlər. Sosiologiya elmində texnologiya tək bir formada yox, texnologiyanın cəmiyyətlə əlaqəsi kimi tədqiq olunur. Bu baxımdan verilişin toexnologiyanın cəmiyyətə tətbiqi və insanların maariflənməsi işində oynadığı rol çox böyükdür.

12:30 / 11:00 / Cümə axşamı, Şənbə

CANLI YAYIM