aztv-banner
44 GÜN QARABAĞA DOĞRU

DÖNÜŞÜMÜZ MÖHTƏŞƏM OLDU!

Prezident İlham Əliyev: "Füzuli hava limanı Qarabağın hava qapısıdır"

Birinci Qarabağ müharibəsi zamanı, 1993-cü il martın 27-dən aprelin 3-nə kimi gedən ağır döyüşlər Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Kəlbəcər rayonunu da işğal etməsi ilə nəticələndi. Həmin tarixə qədər artıq Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut və Laçın erməni terrorçu ordusu tərəfindən işğal olunmuşdu. 1993-cü il oktyabrın 29-na kimi isə Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları işğal olundu.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Qüdrətli Azərbaycan Ordusu torpaqlarımızın çox hissəsini döyüşərək azad etdikdən sonra Ermənistan rəhbərliyi təslim aktını imzalayaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarını döyüşsüz öz həqiqi sahiblərinə qaytardı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər, tariximizə qızıl hərflərlə yazıldı.
İndi doğma torpaqlarımıza qayıdırıq - tikmək, qurmaq, yaratmaq üçün...
Bir vaxtlar müxtəlif yollarla canlarını qurtarmağa çalışan silahsız insanlar, bu gün illərdir həsrətini çəkdiyi ata-baba yurdlarına təyyarə ilə qayıdırlar...

27.09.2020

CANLI YAYIM