Azərbaycanda 647 nəfər koronavirusa yoluxub

Azərbaycanda 647 nəfər koronavirusa yoluxub

18 Oktyabr, 15:35 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 647 yeni yoluxma faktı qeydə alınıb, daha 134 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 44 min 964 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 37 nəfər müalicə olunaraq sağalıb, 626 nəfər vəfat edib. Aktiv xəstə sayı 4301 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 228 min 24 test aparılıb. Bugünkü test sayı isə 9089-dir.

CANLI YAYIM