Hikmət Hacıyev: "Ermənistan məsuliyyətə cəlb olunmalıdır"

Hikmət Hacıyev: "Ermənistan məsuliyyətə cəlb olunmalıdır"

17 Oktyabr, 12:03 Sosial mediada paylaşın:

Ermənistan məsuliyyətə cəlb olunmalıdır.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Tvitter hesabında yazıb.

O bildirib ki, Ermənistanın Azərbaycanın dinc sakinlərinə qorxaq və xain raket zərbələri, o cümlədən Gəncəyə növbəti raket zərbələri onu göstərir ki, Ermənistan dövlət səviyyəsində terror və soyqırımı siyasətini davam etdirir. Ermənistan məsuliyyətə cəlb olunmalıdır.

CANLI YAYIM