Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb

24 Avqust, 09:31 Sosial mediada paylaşın:

Türkiyə zərbxanası ölkəmizin Ankaradakı səfirliyinin təşəbbüsü ilə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili”nə həsr olunan bürünc sikkə xatirə pulu buraxıb. Xatirə pulunun ön tərəfində İmadəddin Nəsiminin şəkli, “İmadeddin Nesiminin Doğumunu 650. Yılı” yazısı, arxasında isə “Türkiye Cumhuriyeti 2,5 Lira” yazısı yer alıb.

Azərbaycanın Ankaradakı səfirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi” və 11 yanvar 2019-cu il tarixli “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi” haqqında sərəncamlarından irəli gələn layihələrin icrasını təmin etmək məqsədilə Türkiyə Respublikası Zərbxanasının rəhbər şəxsləri ilə görüş keçirilib və Nəsiminin adının əbədiləşdirilməsi məqsədilə xatirə pulunun buraxılması ilə bağlı razılıq əldə olunub.