“Qarabağ” “Legiya” üzərində 3-0 hesabı ilə qalib gəlib: Ağdam klubu UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

“Qarabağ” “Legiya” üzərində 3-0 hesabı ilə qalib gəlib: Ağdam klubu UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb

2 Oktyabr, 00:01 Sosial mediada paylaşın:

Futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Legiya” (Polşa) -“Qarabağ” oyunu Ağdam təmsilçisinin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Varşavadakı “Wojska Polskiego” stadionunda keçirilən qarşılaşmanın 50-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Kvabena Ovusunun ötürməsini Patrik Andrade baxımlı qolla tamamlayıb. On iki dəqiqə sonra Ağdam təmsilçisinin müdafiəçisi Abdullah Zubir komandasının ikinci topunu “Legiya”nın qapısından keçirib. Qarşılaşmanın 70-ci dəqiqəsində Filip Ozobiç hesab arasındakı fərqi artırıb – 0:3.

Yeni reqlamentə əsasən, mərhələ bir oyundan ibarət olduğu üçün “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanıb.

CANLI YAYIM