Ermənistan siyasi-hərbi rəhbərliyinin yalanları “Hədəf”də müzakirəyə çıxarılıb

Ermənistan siyasi-hərbi rəhbərliyinin yalanları “Hədəf”də müzakirəyə çıxarılıb

30 Sentyabr, 22:31 Sosial mediada paylaşın:

Azərbaycan Ordusunun işğal olunmuş ərazilərimizdə düşmənə qarşı uğurlu əməliyyatı, işğalçı Ermənistan silahlı qüvvələri üzərində əzici üstünlüyü düşməni çıxılmaz vəziyyətdə qoyub. Məğlubiyyətə uğradığını görən Ermənistanın siyasi-hərbi rəhbərliyi xislətinə uyğun olaraq yalanlara əl atmağa başlayıb.

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etmək uğrunda üstün hərbi əməliyyatları, Ermənistanın ölkəmizə, ordumuza qarşı iftiraları müzakirəyə çıxarılıb. Verilişin videobağlantı formatda qonağı olan Türkiyənin tanınmış siyasətçisi, millət vəkili, sabiq nazir Numan Kurtulmuş Dağlıq Qarabağ cəbhəsində baş verənlər, Ermənistanın Azərbaycan və Türkiyə ilə bağlı yalanları haqqında fikirlərini bölüşüb. Proqramın studiyadakı qonaqları, “Yeni Müsavat” Media qrupunun rəhbəri Rauf Arifoğlu, “Teleqraf” Media qrupunun rəhbəri Aynur Camal və Azərbaycanlıların və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəhbəri İlham İsmayılov N.Kurtulmuşa suallarını ünvanlayıblar, eyni zamanda öz fikirlərini səsləndiriblər.

“Hədəf”in müzakirəsini tam şəkildə “YouTube” kanalımızdan izləyə bilərsiniz.

CANLI YAYIM