Qoşunlarımızın zərbələrinə məruz qalan Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taboru ağır itkilərə məruz qaldığından komandanlıqdan təcili surətdə kömək istəyib.
Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bildirilir ki, köməyə gələn ehtiyat qüvvələr MN tərəfindən aşkar olunaraq atəş zərbəsi ilə məhv edilib.