AzTV-nin əməkdaşları bir gündə iki dəfə erməni hücumuna məruz qaldı

AzTV-nin əməkdaşları bir gündə iki dəfə erməni hücumuna məruz qaldı

30 Sentyabr, 12:46 Sosial mediada paylaşın:

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.

Azərbaycan Televiziyasının əməkdaşları da bu gün 2 dəfə erməni atəşinə məruz qalıblar.

Belə ki, AzTV-nin əməkdaşı Elnur Tofiq Tərtərdəki son vəziyyəti birbaşa bağlantıda tamaşaçılara çatdıran zaman düşmən atəş açıb. Daha sonra isə TV-nin əməkdaşları çəkilişə gedərkən maşından təxminən 5 metr uzağa mərmi düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. 

CANLI YAYIM