Azərbaycanın Baş Naziri ilə Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub

Azərbaycanın Baş Naziri ilə Türkiyənin Vitse-prezidenti arasında telefon danışığı olub

29 Sentyabr, 21:03 Sosial mediada paylaşın:

Sentyabrın 29-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktay Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova telefonla zəng edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, telefon danışığı zamanı Vitse-prezident Fuad Oktay Ermənistanın təcavüzünün qarşısının alınması və işğal altındakı torpaqların azad edilməsi işində Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərməyə hazır olduqlarını bildirib.

Baş Nazir Əli Əsədov Türkiyə Respublikası rəhbərliyinin bütün səviyyələrdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Telefon danışığı zamanı Baş Nazir Əli Əsədov və Vitse-prezident Fuad Oktay ikitərəfli münasibətlərə dair məsələləri də müzakirə ediblər.

CANLI YAYIM