Vergilər nazirinin müavini Gədəbəydə vətəndaş qəbulu keçirəcək

Vergilər nazirinin müavini Gədəbəydə vətəndaş qəbulu keçirəcək

20 Avqust, 17:08 Sosial mediada paylaşın:

Vergilər nazirinin müavini Mətin Eynullayev cari il avqustun 26-da Gədəbəy şəhərində yerləşən vergiödəyicilərinə xidmət mərkəzində (ünvan: 20 Yanvar küçəsi, Kapital Bankın filialının yaxınlığında) Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, qəbula gəlmək istəyən şəxslər avqust 20-22-də Şəmkir şəhərində yerləşən 14 saylı Ərazi Vergilər İdarəsinə, habelə Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayon vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

CANLI YAYIM