Laçınlı məzunlardan 433 nəfəri tələbə adını qazanıb

Laçınlı məzunlardan 433 nəfəri tələbə adını qazanıb

20 Avqust, 15:36 Sosial mediada paylaşın:

Laçınlı məzunlar ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.

Rayon təhsil şöbəsindən bildiriblər ki, bu il ümumtəhsil məktəblərini bitirən 887 məzundan 664 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarına sənəd verib, onlardan 433-ü tələbə adını qazanıb. Tələbə adını qazanan gənclərdən 67-si 500-dən, o cümlədən 14 nəfəri 600-dən çox bal toplayıb.

Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni Alıqulu kənd, 31 və 33 nömrəli tam orta məktəblərin məzunları göstərib. Belə ki, 31 nömrəli tam orta məktəbin 13 məzunundan 8-i, 33 nömrəli tam orta məktəbin 18 məzunundan 14-ü, Alıqulu kənd tam orta məktəbin 19 məzunundan 13-ü ali məktəblərə qəbul olub. 33 nömrəli tam orta məktəbin məzunu Toğrul Ələkbərzadə imtahanlarda 689 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərib.

CANLI YAYIM