Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb

Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb

20 Avqust, 14:52 Sosial mediada paylaşın:

Yanvar-iyun aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 23 milyon 222,5 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 81 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 7 ayda bu kəmərlə 18 milyon 814,1 min ton neft nəql edilib.

Dövr ərzində BTC ilə 2 milyon 727,2 min ton tranzit nefti də ötürülüb.

CANLI YAYIM